XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2016 - 02:52

“Bu, birbaşa terror hadisəsidir” –Baş nazir qiyamçılara amansız cəza vədi etdi, bir neçə rəhbər şəxsin saxlanıldığını açıqladı

Binali-Yildirim-16-4

Türkiyənin baş naziri Binəli Yıldırım bu dəqiqələrdə daha bir açıqlama verib.

Strateq.az xəbər verir ki, Baş nazir baş verənləri ordunun içindəki kiçik bir qrupunun dövlət çevrilişinə cəhdi deyil, terror hadisəsi kimi qiymətləndirirb:

"Bu, terrordur. Bu quldurlara qəti imkan verilməyəcək. O tanklları küçələrə çıxaran, binaları basan, körpüləri tutanlarla ölkənin şərqindəki terrorçular arasında zərrə qədər fərq yoxdur. Artıq 1-ci ordunun komandanı o quldurlara geri çəkilmə təlimatı verib. Bir neçə terrorçu da saxlanılıb".

Baş nazir xalqa səslənərək bu gecə kimsənin yatmamasını, küçələrə çıxmalarını xahiş edib: "Bu hadisəni törədənlər amansız cəzalarını alacaqlar. Bu alçaq hərəkəti edənlərə gərəkli cavab veriləcək. Bu xəyanətkar, soysuz terrorçular haqq etdiyi cəzanı alacaqlar. Çox axmaq bir cəhdə əl atıblar, milli iradə, millət, gərəkirsə, şəxsən özümüz o tankların qabağına sinəmizi qabağa verəcəyik".

Bu arada Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı da açıqlama verərək, hökumətə dəstək verdiklərini deyib: "Bu hərəkəti edən içimizdəki xəyanətkar dəstədir. Lazımi cavabı da alacaqlar".

Son dəqiqəyə görə, qiyama qatılan əsgərlərin xeyli hissəsi özəl qüvvətlərlə polis tərəfindən həbs ediliblər.