XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 İyul 2016 - 06:15

Türkiyədə 60 nəfərin həyatını itirdiyi bildirilir –General öldürüldü, Ankara prokuroru qiyamçılara cinayət işi açdı (SİYAHI)

esger-hesler-turkiye

Türkiyədə hərbi çevrilişin başında duranlar və onun iştirakçıları haqqında Türkiyə Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi açılıb.

Strateq.az xəbər verir ki, baş nazir Binəli Yıldırım bu dəqiqələrdə açıqlama verərək, qiyamçı bir generalın öldürüldüyünü, 130-dan çox hərbçinin isə həbs edildiyini bildirib.

Ankaranın baş prokuroru isə canlı yaymda 3 maddə ilə qiyamın başında duran Baş Qərargah rəisinin ədliyyə işləri üzrə müşaviri polkovnik Məhərrəm Köse daxil olmaqla,  polkovnik Oğuz Akkuş, minbaşı Ərkan Ağın, Doğal Uysal, mayor Erkan Ağın, Derya Yaman, polkovnik Erhan Ermişoğlu, polkovnik Seyfi Tapdıq, polkovnik-leytenant Hasan Saban, baş leytenant Serdar Çamiçi, baş leytenant Akif Us, polkovnik-leytenant Ali Müjdat Köhne, polkovnik-leytenant Uğur Aydın, mayor Qurtuluş Kaya, baş leytenant İlyas Damarseçkin, baş leytenant İsmail Mıngır, leytenant Mehmet Sadık Özgüven, kapitan Sefa Mumcu, baş leytenant Harun Birol Mert, polkovnik-leytenant Uğur İrice, baş leytenant Turan Özen, baş leytenant Abdürrahim Özkan, baş leytenant Süleyman Ülker, leytenant Süleyman Çələbi, polkovnik Naci Akdemir, mayor Ali Koçyiğit, baş leytenant Halil İbrahim Dişçi, baş leytenant Seadət Us, baş leytenant Abdullah AVLI, polkovnik Ferhan Kusca, polkovnik Bülent Çolak, polkovnik Haluk Kamil Yavuz, baş leytenant Zafer Tutorial, baş leytenant Hamid Can Yüksel, baş leytenant Ayhan Doğan, baş leytenant Arif Misin və başqaları haqda cinayət işi açıldığını bəyan edib.

Prokuror onu da bildirib ki, hadisə zamanı 60 nəfər dünyasını dəyişib.

Bundan başqa, qiyamçıların 73 şəhər üzrə təyin etdiyi səlahiyyətli şəxslərin siyahısı da artıq ələ keçirilib, onlar da məsuliyyətə cəlb olunacaqlar.