Türkiyədə son çevriliş cəhdinin daha geniş şəkildə yayılmamasının səbəbi aydınlaşır.
Starteq.az xəbər verir ki, bəzi vilayətlərdə xalq kütlələri hərbi obyektlərin qarşısında canlarını sipər edərək, texnikaların hərəkətə keçməsinə mane olublar.
Qaziantəpdə yerləşən 5-ci zirehli briqadada yaşananlar bunun ən bariz nümunələrindəndir. Məlumata görə, briqadanın hərbi bazalarından çıxmaq istəyən hərbi texnikaların hərəkətinə polis və vətəndaşlar imkan verməyib.
Bildirilir ki, hərbçilərin bazadan şəhərə çıxacağını xəbər alan vətəndaşlar və polislər ərazidə təhlükəsizlik tədbirlərinı artırıb. Bələdiyyələrə aid çox sayda yük maşını, işçidaşıma firmalarının mikroavtobus və avtobuslarıyla kazarmalar mühasirəyə alınıb.
Polislərin hərbi bazanın bütün qapılarını tutduqları bildirilir.