XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 05:44

Baş Qərargahın keçmiş rəisi də danışdı:"Əsgərlər çevrilişi planlayanlardan fərqləndirilməlidir"

ilker-basbuq-2

İyulun 15-dən 16-na keçən gecə Ankara və İstanbulda hərbi çevrilişə cəhd göstərilməsinə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğ da münasibət bildirib.

Başbuğ jurnalistlərə müsahibəsində çevriliş cəhdini “paralelçilәrin” (Fətullah Gülən tərəfdarları) hәyata keçirdiyinə inandığını deyib. O, hərbçilərin hərəkətini dәstәklәyәnlәri pisləyərək, baş verәnlәrin Türkiyә Silahlı Qüvvәlәri tarixinә qara lәkә kimi yazıldığını bildirib.

İlkәr Başbuğ çevrilişə cəhd göstərənləri terrorçu adlandıraraq deyib ki, öz parlamentini bombalayan, xalqına atәş açan әsgәr türk әsgәri ola bilmәz.

İlkәr Başbuğ başda Türkiyә Silahlı Qüvvәlәri Qәrәrgah rәisi Hülusi Akar olmaqla, ordunun polislә çiyin-çiyinә dayanan çoxluğuna demokratiyanın yanında olduqları üçün tәşәkkür edib. İlkәr Başbuğ bildirib ki, bu hadisәdәn sonra Türkiyә ordusu tәmizlәnər, daha da güclәnər.

Başbuğ onu da deyib ki, çevriliş cəhdində yer alan əsgərlər onu planlayanlardan fərqləndirilməlidir.

azadliq.info