XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2015 - 13:43

İlham Əliyevdən Obamaya məktub: “Azərbaycan ABŞ ilə münasibətlərə böyük əhəmiyyət verir”

ilham obama.jpg

Azərbaycan prezidenti İlham Əliyev müstəqillik günü ilə bağlı ABŞ prezidenti Barak Obamaya təbrik məktubu göndərib.

“Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm”,- deyə təbrikdə qeyd olunur.

Məktubda həmçinin deyilir: “Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir. ölkələrimiz arasındakı əlaqələr hərtərəfli və dinamik inkişaf yolu keçərək bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Avropanın və bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfəmiz, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığımız, eləcə də dünyanın ən qaynar nöqtələrində beynəlxalq birliyin sülhyaratma missiyasında iştirakımız bu münasibətlərin bariz nümunələridir”.

Prezident Əliyevin məktubu bu cümlələrlə bitir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, işğal olunmuş ərazilərimizin azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma torpaqlarına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə nəticə verəcəyinə bizim böyük ümidlərimiz var.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Amerika xalqına daim sülh və rifah arzulayıram”.