XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 14:20

“Kəmərlə boğublar, başına silah dirəyib və…” –Baş Qərargah rəisinin girov alınmasının detalları açıqlandı (FOTOLAR)

hulusi-akar

15 iyulda Türkiyədə baş  verən dövlət çevrilişinin detalları açıqlanır.

Strateq.az Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, Türkiyə vaxtı ilə saat 21.00-da çevriliş planına start verən qiyamçılar ilk olaraq Genelkurmay Başqanlığından (Baş Qərargah) hərəkətə keçiblər:

"Saat 21.00-da qiyamçılar qəfil Genelkurmay Qərargahından fəaliyyətə keçiblər. Aralarında baş qərargah rəisi Hulisi Akarın ən yaxınında duran özəl qələm və köməkçi sektoruna daxil olan personalın da olduğu hərbçilər əvvəlcə qərargah rəisi Hulisi Akarın otağına daxil olublar. Baş qərargahın otağında çıxan səs-küyə müdaxilə etmək istəyən qərargahdakı əsgərlər daxil olmaqla, bütün hərbçilər planlı şəkildə zərərsizləşdirildikdən sonra əl-ayaqları, gözləri bağlanaraq, ayrı-ayrı otaqlara salınıb. Bundan sonra bütün gücləri ilə Akara TRT-də yayımlanan "Hakimiyyətə əl qoyduq" bildirişini imzalatmaq istəyiblər".

Məlumata görə, qiyamçıların bu tələbini qətiyyətlə rədd edən Hulisi Akara otağında hətta fiziki güc tətbiq edilib, onun boğazı kəmərlə sıxılıb: "Daha sonra başına tapança dirəyib, istəklərinə nail olmaq istəsələr də, buna nail ola bilməyiblər. Bundan sonra onu helikopterlə F-16-ların bazasına aparıblar. Orada 20 saat ac-susuz, hətta tualetə belə getməyə imkan vermədən girov saxlayıblar".

Məlumatda qeyd edilir ki, girovluqdan azad ediləndə Hulisi Akarın durumu çox pis olub. Hətta baş nazir Binəli Yıldırımla birgə keçirilən mətbuat konfransında onun boğazında kəmərlə sıxılmanın izləri açıq şəkildə hiss olunub. Bunu bu yazıya əlavə etdiyimiz fotodan da görmək mümkündür.

Bir daha qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd olub. Həmin gün gecə Fətullah Gülənə bağlı hərbi qurumdakı qrupun qəfil hərəkətə keçərək, Ərdoğan və AKP iqtidarını devirməyə çalışdığı rəsmi şəkildə bildirilib. Hadisə nəticəsində xeyli ölən və yaralananlar olub, eləcə də aralarında 40-a yaxın general olmaqla, 3 mindən çox hərbçinin, o cümlədən məhkəmə və prokurorluq sistemində də 500-dək  vəzifəli şəxslərin saxlandığı da açıqlanıb.