XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 İyul 2016 - 18:31

“Türkiyəni bundan sonra heç bir qüvvə yolundan döndərə bilməz” –İlham Əliyev

ilham-erdogan

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirlib ki, iki liderin telefon danışığında prezident İlham Əliyev Türkiyədə hərbi çevriliş cəhdini qətiyyətlə pisləyib. Deyib ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi, Türkiyə xalqı və dövlətinin yanındadır.

Prezident İlham Əliyev çevriliş cəhdinin qarşısının alınması nəticəsində həlak olanların ailə üzvlərinə və Türkiyə Prezidentinə başsağlığı verib, yaralılara şəfa arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti əminliyini ifadə edib ki, Türkiyəni bundan sonra da heç bir qüvvə inkişaf və demokratiya yolundan döndərə bilməz.

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin və Azərbaycan xalqının göstərdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirərək bildirib ki, Türkiyə rəhbərliyi ölkədə vəziyyəti normallaşdırmaq üçün bütün lazımi tədbirləri görməkdədir.