XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

19 İyul 2016 - 00:49

“15 dəqiqə gec çıxsaydım, öldürüləcəkdim” –Ərdoğan Gülənlə bağlı ABŞ-a sərt mesaj verdi

erdogan

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan ABŞ-ın “CNN International” kanalına müsahibəsində çevrilişin baş memarı Fətullah Gülənin təslim edilməsi ilə bağlı ABŞ-a konkret tələbini səsləndirib.

Strateq.az xəbər verir ki, Ərdoğan ABŞ-la strateji müttəfiq olduqlarını vurğulayıb və 15 iyul çevriliş planının arxasında duran Fətullah Gülənin verilməsi tələbini kəskin qoyub: "ABŞ onu (Fətullah Güləni) təslim etməlidir, etmək məcburiyyətindədir. Yox, əgər verməzlərsə, o zaman biz də ABŞ-in istədiyi şəxsləri vermərik".

Ərdoğan deyib ki, Gülənin təslim edilməsiylə bağlı müvafiq tələb bir neçə günə ABŞ-a rəsmi şəkildə təqdim olunacaq.

Prezident 15 iyul və 16-sı gecə yaşadığı gərgin durumla bağlı da açıqlama verib: "Həmin günü Marmarisdən 15 dəqiqə gec çıxsaydım, ya öldürüləcəkdim, ya da qaçırılacaqdım. Baxın, oradan İstanbula gəldim, ancaq saatlarla havada qaldım, bütün hava limanlarının elektriki belə kəsilmişdi. Ancaq önəmli o idi ki, xalq meydanlara çıxmışdı və bu da çevrilişin həyata keçirilməsini əngəllədi".