XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

19 İyul 2016 - 12:14

ANS-in əməkdaşları telekanala buraxılmır –Prokurorluqdan reaksiya (VİDEO, FOTOLAR)

ans-masinlari

“ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və “ANS” Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayevin izahatları alınıb.

Onlar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində izahat veriblər və daha sonra sərbəst buraxılıblar.

Xatırrladaq ki, ötən gün axşam saatlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə televiziyanın server və texniki otaqları möhürlənib.

Telekanalın əməkdaşları televiziya binasına buraxılmır. Binada polis postu qoyulub.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, qeyd edilənlərlə bağlı ictimaiyyətə məlumat veriləcək.