XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

19 İyul 2016 - 16:30

Çevriliş edənlərincənazə namazları qılınmayacaq

diyanet 3

Türkiyə Dəyanət İşləri Nazirliyindən verilən açıqlamaya görə,hərbi çevrilişə cəhd zamanı ölən çevrilişcilərin cənazə namazı qılınmayacaq.

Strateq.az türk mətbuatına istinadən xəbər verir ki, Dəyanət İşləri Nazirliyi bu barədə belə açıqlama edib:

-“Cənazə namazı,ölən bir mömin üçün müsəlman qardaşları tərəfindən yerinə yetirilən bir ibadətdir. Bu mərasimdə müsəlmanlar ölən mömin qardaşları üçün dua edər,onlar haqqında yalnız xeyir düşünərlər. Halbuki,bu insanlar etdikləri əməlləri ilə təkcə fərdlərin deyil,eləcə bütün ölkənin hüquqlarını tapdalayaraq, mömin qardaşlarının dualarından məhrum olublar”.

Ancaq Dəyanət, zorla və təhdidlə bu işə cəlb edilmiş,heç bir şeydən xəbərsiz,həyatını itirmiş zabit və əsgərlərin bu qanunun xaricində olacağını bildirib.