XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2015 - 01:17

İran və “Altılıq”ın diplomatları bu gün Vyanaya toplaşacaqlar
Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri İranın nüvə proqramına dair danışıqlarda iştirak etmək üçün iyulun 5-də Vyanaya gələcəklər.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, iyunun 30-da tərəflər İran üzərindən sanksiyaların aradan qaldırılmasına dair ilkin razılığa gəliblər.

Diplomatik mənbələrdən verilən məlumata əsasən, artıq sanksiyaların ləğv olunma şərtləri və müddəti razılaşdırılıb. Yekun sənədin yaxın günlərdə imzalanması gözlənilir.

Xatırladaq ki, “altılıq” ölkələri (Böyük Britaniya, Almaniya, çin, Fransa, Rusiya və ABŞ) Avropa İttifaqının və İranın iştirakı ilə nüvə proqramının yekun razılaşmasına dair danışıqlar aparır. Yekun sənədin iyunun 30-dək hazır olması nəzərdə tutulsa da, Vyanada keçirilən danışıqların növbəti raundunda tərəflər müzakirələrin müddətini iyulun 7-dək uzatmağa qərar veriblər.