XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

20 İyul 2016 - 13:40

Hulusi Akarın köməkçisindən Fətullah Gülən, dinləmələr, çevriliş planı haqda –Şok açıqlamalar

levent-akarin-yaveri

Türkiyə ordusunun Baş qərargah rəisi Hulusi Akarın köməkçisi, çevrilişə görə həbs edilən Ləvənt Türkkanın istintaqa verdiyi şok izahatı yayılıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkkan "paralel"çi olduğunu qəbul edərək çox maraqlı faktlar açıqlayıb:

"Kasıb bir ailənin uşağıyam. Atam kasıb bir əkinçidir. Tarlamız, bağımız-bağçamız yoxdur. Fətullah Gülən camaatı ilə ilk dəfə orta məktəb illərimdə tanış oldum. Yaxşı və gələcəyi parlaq bir şagird idim. 5 yaşından əsgər olmaq istəyirdim. Bu xəyalım "camaat"ın çörəyinə "düz-istiot" oldu. 1989-cu ildə Işıqlar Hərbi liseyinə sənəd verdim. İmtahanı özümün qazanacağıma əmin idim. Buna camaatdakı qardaşlarım da əmin idilər. Ancaq yenə də mənə imtahandan qabaq gecə yarısı sualları gətirib verdilər. Sualları Sərdar abi gətirmişdi. Bursadakı mərkəzdə bir "camaat evi"ndə o, sualları mənə verdi.

Bəli, mən "Paralel quruluş" üzvüyəm, tullah Gülən camaatındanam. Beləliklə, mən, 1989-cu ildə Hərbi Liseyə qəbula girdim və imtahanları qazandım. Baş Qərargahda görəvə gətirildikdən sonra "Camaat" adına verilən tapşırıqları yerinə yetirməyə başladım".

Köməkçi deyib ki, "Camaat" arasında çox ciddi bir gizlilik var: "Hər kəs ancaq öz "abi"sini bilir, gedər, dərsini alar, namazını qılar, söhbətini edər. Bundan əlavə, onu da deyim ki, illərdir orduya alınan subayların 60-70 faizi camaatçıdır".

Hulisi Akarın köməkçisi daha sonra sensasion faktları açıqlayıb. Bildirib ki, o, illərdir baş qərargah rəislərini xüsusi tapşırıqla dinləyib:

"Necdet Özel paşayı (Sabiq Baş qərargah rəisi) davamlı dinləyirdik. Cihazı "Türk Telekom"da işləyən "'Abi" verdi. Həftədə bir dəfə dolan həmin qurğunu aparıb "Abi"yə verirdim.

Necdet Özel, Hulusi Akar və Yaşar Gül dönəmində dinləmələr oldu. İki barmaq ucu qədər "radio" deyilən dinlmə cihazını hər gün paşanın otağına hər hansı bir yerə qoyur, axşam çıxarkən isə götürürdüm. Özünün yaddaşı vardı. Batareyası bir gün saxlayırdı. Həftədə bir dəfə dolan cıhazları "Abi"mə aparıb verir, yeni boş qurğunu alırdım. Hərdən Baş qərargah rəisinin otağında dinləməyə qarşı axtarış aparılırdı, həmin axtarışların nə zaman olacağını bildiyimdən o günləri cihaz qoymurdum"

Levent Türkkan çevrilişi planını 14 iyul günü saat 10.00-a öyrəndiyini açıqlayıb:

"Baş qərargah rəsinin danışmanı, polkovnik Erhan Yıkılkan mənə Prezident, baş nazir, nazirlər, ordu komandirləri, generalların tək-tək həbs olunacağını və səssiz şəkildə işin bitiriləcəyini dedi. Əməliyyatın gecə saat 03.00-də başlayacağını söylədi. Həmin günü vəzifəm Hulusi Akar paşayı zərərsizləşdirdikdən sonra oraya onu götürməyə gələcək özəl qüvvətlərin dəstəsinə təhvil vermək idi.

15 iyulda günortadan sonra tümgeneral Mehmet Dişlinin otağına getdim. O da "camaatçı"dı. Bizə "Baş qərargah rəisi Hulisi Akara "Sən Kənan Evrən olacaqsan, yoxsa yox", – deyə, konkret sual verəcəyini dedi. Dişli Akar paşanın bu təklifi qəbul edəcəyini düşünürdü. Ancaq Akar təklifi qəbul etmədi. Digər qoşun komandirləri də "ikna" (inandırıla) edilə bilmədi.

15 iyul günü saat 20.00-21.00 arasında Baş qərargah rəisi Hulisi Akar otağındaydı. Akar ən son MİT başqanı Hakan Fidanla görüşdü. Fidan oradan ayrıldıqdan sonra "Özel Kuvvetler"dən 20 -yə yaxın tam təchizatlı əsgər qərargaha girdi. Dişli də oradaydı. 5 dəqiqə sonra Dişli otaqdan çıxdı və bizə "Girin" dedi.

İçəri girəndə Akar paşa bizə "Yanlış iş görürsüz" dedi. Özəl qüvvələrin əsgərləri onu həbs etdilər. Aparılanda davamlı olaraq bizə "yanlış edirsiz" deyirdi. Mən orada qaldım. Dişli paşa məni telefonla arayaraq Akar paşanın həyat yoldaşına xəbər verməyimi istədi. Hərbi telefonla həyat yoldaşına zəng elədim. Xanım əfəndi ağlamağa başladı".

Köməkçi onu da bildirib ki, məclisin bombalanmasını, mülki şəxslərin öldürülmələrini televiziyadan öyrənəndə isə peşman olub:

"Peşman olmağa başladım. Baş verənlər qətliam kimiydi…".

Strateq.az