XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2015 - 05:37

Kürd separatçılarının etnik təmizləmə siyasəti apardıqları təsdiqlənir

Türkiyə hakimiyyəti Tel Abyadı ələ keçirən kürd separatçılarının qəsəbənin demokrafiq xarakterini dəyişdirmək istədiyini bildirir. YPG liderləri isə bu ittihamı qəbul etmir, apardıqları mübarizənin bölgə xalqlarını İŞİD hücumlarından müdafiə məqsədi daşıdığını deyir. Tel Abyaddan gələn xəbərlər isə Türkiyənin narahatlığının əsassız olmadığını təsdiqləyir.

Məlumata görə, PYD ABŞ dəstəyiylə Tel Abyada girərkən iki atəş arasında qaldıqlarından Türkiyəyə sığınan ərəblərin geri qayıtmaması üçün sərhədləri bağlayıb. Qaçqın düşmüş sakinlərin evlərinə isə kürdlər yerləşdirilir

Vaxtilə əhalisinin 90%-i ərəb olan Tel Abyadda indi nadir hallarda yerli sakinə rast gəlmək olar. Ekspertlər bunu Suriyanın şimalını ələ keçirən PKK-nın Suriya qolunun (PYG) Tel Abyad'da “demoqrafik etnik təmizlik” siyasəti aparmasıyla əsaslandırırlar . Qarşıdurmalar səbəbiylə Türkiyəyə sığınan minlərlə köçkünün Tel Abyada ötürməyəcəklərini bildirən separatçılar ötən həftə Akçakale sərhəd qapısını da bağlayıb.

İddiaları YPG ilə birlikdə Tel Abyad əməliyyatında iştirak edən və sonra ərəblərə qarşı siyasətə etiraz edərək ondan ayrılan Ceyş əs-Səlam qrupu komandirlərindən Məhəmməd Əhməd də təsdiqləyir. Əhməd: “PYD Tel Abyada kənardan gətirdiyi kürdləri yerləşdirdi. Hal-hazırda Tel Abyadda yaşayanların böyük əksəriyyəti kürdlərdən ibarətdir və hamısı başqa yerlərdən gəldi, qəsəbədə çox az sayda ərəb qaldı”- deyir.

Ceyş əs-Səlam qrupunda yer alan digər bir yetkili Əbdülcabbar Kərkük də eyni görüşdədir: “PYD Tel Abyada girdikdən sonra ərəblərə aid evləri talan etdi. PYD ərəblərdən Bəşər Əsədin intiqamını alır”

Yerli sakinlərdən Əhməd Xıdır PYD-ın İŞİD-ə qarşı Raqqada birgə döyüşmək tələbi gəldiyini, qəbul etməyincə isə hücuma məruz qaldıqlarını deyir. Əhməd Xıdır kimi xeyli ərəb kökənli suriyalı da YPG ilə eyni səfdə döyüşdüklərinin peşmançılığını yaşadıqlarını, əməliyyat bitdikdən sonra Türkiyəyə qovulduqlarını söyləyirlər.

Xatırladaq ki, Tel Abyad vətəndaş müharibəsi boyunca İŞİD-in nəzarətində idi. ABŞ-ın hava dəstəyi ilə qəsəbə 16 İyunda PYD-nin əlinə keçdi. Rəsmi rəqəmlərə görə, qarşıdurmalardan əvvəl12 min 490 adamın yaşadığı qəsəbə əhalisinin böyük əksəriyyəti ərəblərdən ibarət idi. PYD ötən həftə sərhəd qapısını da bağlayaraq, Türkiyəyə sığınan ərəblərin Tel Abyada qayıtmasına maneəçilik törədir.

Strateq.az