XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 01:29

İrəvanda toqquşma –45 nəfər xəsarət alıb

armenia 000

İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında  polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində xəsarət alanların sayı 45-ə çatıb.

 Bu barədə Ermənistanın Səhiyyə nazirliyinin məlumatında bildirilir.

Tibb müəssisələrinə göndərilən 45 nəfərdən 25-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, artıq 4-cü gündür, silahlı qruplaşma Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Dünən İrəvanda polis və mülki vətəndaşlar arasında baş vermiş toqquşmalar nəticəsində isə 4 polis əməkdaşı yaralanıb. Silahlılar hazırda 4 nəfəri girov saxlayır. (APA)