XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 İyul 2016 - 10:57

Rəsmi Moskvadan NATO-ya eyhamlı mesaj:"Türkiyəni təhlükə barədə niyə xəbərdar eləmədilər?"

zaxarova

Moskva Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı NATO-nun sərgilədiyi mövqeyi tənqid edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyədəki qanuni hökumətin devrilməsi ilə bölgədəki qeyri-sabitliyin daha da artacağını deyib:

“Türkiyədəki çevriliş cəhdi Polşanın paytaxtı Varşavada keçirilən NATO zirvəsindən yalnız bir həftə sonra reallaşdı. NATO birlik üzvünü baş verə biləcək təhlükə barədə xəbərdar etmədi. Ən böyük hərbi təşkilat olan və təhlükəsizlik mövzusunda hər cür imkana sahib olan NATO bir məlumat belə vermədi. Qanuni hökuməti devirmək ssenarisi mənfi istiqamətdə inkişaf etsəydi, bu, həm Türkiyədə faciəyə yol açar, həm də bölgədə daha dərin bir qeyri-sabitlik yaradardı”.

Axar.az