Dollarla kredit alanların problemləri… – Əli Məsimli yazdı
İqtisadi və Sosial innovasiyalar İnstititinin rəhbəri, millət vəkili Əli Məsimli açıqlamasında manatın devalvasiyasndan sonra ortaya çıxan problemlərə aydınlıq gətirib.
Strateq.az Moderator.az-a istinadən deputatın açıqlamasını təqdim edir:
***
Manatın devalvasiyasndan sonra ən ağrılı məsələrdən biri kimi gəlirləri manatla, xərcləri isə dollarla olanların, dollarla kredit götürənlərin itgiləri xeyli müddətdir mətbuatda geniş müzakirə olunur.
Fikirlər haçalanır
Banklar hesab edir ki, krediti dollar və ya digər xarici valyuta ilə götürmüş vətəndaşlar ödənişləri ya dollar, ya da dolların bugünkü məzənnəsinə uyğun olaraq manatla həyata keçirməlidirlər. Banklardan kredit götürən vətəndaşlar isə hesab edir ki, kreditlər dolların o vaxtkı, məzənnəsinə əsasən qaytarılmalıdır. Ona görə də dollarla kredit götürən vətəndaşlar haqlı olaraq bildirirlər ki, niyə mən gecə yatıb, səhər oyanıb görməliyəm ki, 33 faiz ziyana düşmüşəm.
Həmin müzakirələrdə problemin həllinə hüquq müstəvisində baxanda, bir nəticə hasil olur,hüquqşünaslar məsələni məhkəmə qaydasında həllinə üstünlük verirlər. İqtisadi müstəvidə-başqa variantlar,daha çox kompromis variantlar təklif olunur,sosial müstəvidə isə tam başqa bir mənzərə yaranır.Bu fakt onu göstərir ki,dollarla kredit alanların problemlərinin həllinə birtərəfli qaydada yanaşmadan qızıl ortanın tapılması ən optimal və ədalətli həll yolu olardı….Bundan ötrü hər şeydən əvvəl dollarla kredit alanların problemlərinə yanaşmalara diqqət etmək lazımdır:
Manatın devalvasiyası banklardan dollarla kredit alanları elə vəziyyətə salıb ki, məsələn 1 dollar= 78 qəpik məzənnəsi şəraitində 26-28 faizlə kredit alan 1 dolar= 1manat 5 qəpik məsənnəsi yaranandan sonra faktiki olaraq 55-60 faiz dərcəsi şəraitində borc ödəməlidir.Təbii ki, bu halda dollarla kredit alanların xeyli hissəsi onu vaxtında ödəyə bilməyəcək və problemli kreditlərin həcmi artacaq. Bunu nəzərə alaraq bir neçə bank öz müştərilərinə güzəştli variantlar təklif edirlər.Məsələn,təklif olunur ki, 28 faizə kredit götürən bundan sonra banka olan borcunu 25 faizlə ödəməyə başlasın.Yaxud da bəzi banklar təklif edir ki, məsələn 1000 dollar kredit alan yenə də öz borcunu köhnə məzənnə ilə(1dollar=78 qəpik) ödəsin,amma əvvəlki variantda borcu 12 aya qaytarmalı idisə, bundan sonra 15 aya qaytarsın.Hələlik Azərbaycanda olan kommersiya banklarının yalnız 10 faizə qədəri belə təşəbbüslə çıxış edirlər.Digər tərəfdən həmin təkliflərdə vətəndaşın bankdan götürdüyü kreditə görə borcun qaytarılmasının forması dəyişilsə də, mahiyyət dəyişmir və məsələ xeyli dərəcədə bankların xeyrinə həll olunur.
Azərbaycan Mərkəzi Bankı dollarla verilmiş kreditlərin hansı məzənnə ilə qaytarılması ilə bağlı məsələyə münasibət bildirib ki, banklarla müştərilər arasındakı mübahisəni çözməkdən ötrü əhali məhkəməyə müraciət etsin. Prosedur qaydalarına müvafiq surətdə müraciət olsa,ola bilər ki, bu məsələni Konstitusiya Məhkəməsi şərh etsin. Məhkəmədə Mülki Məcəllənin 439.1-ci maddəsinə istinad edilərək məsələ qalxacaq ki, ümumiyyətlə banklar Azərbaycan vətəndaşlarına dollarla kredit verməlidirlərmi? Həmin Məcəllənin 439.2-ci maddəsi bu suala tam cavab verirmi? Mülki Mülki Məcəllənin 439.7-ci maddəsinə görə isə əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə,yəni 1dolar = 78 qəpik nisbəti ilə yerinə yetirməlidir.
Amma bu məsələnin mahiyyəti dilemma xarakteri daşıdığından, məhkəmə qərarı da vəziyyəti optimal variantda yoluna salan deyil. Əgər bu iş Mərkəzi Bankın tövsiyə etdiyi kimi,məhkəmələr vasitəsilə həll variantına gedilsə, onda Mülki Məcəllənin müvafiq maddələrinə istinadən tərəflərdən biri uduzacaq.Uduzan tərəf əhali olsa, bu dollarla kredit götürənlərə böyük zərbə olacaq. Yəni bu variant vətəndaş üçün hər yüz manata otuz üç manat itki deməkdir. Ona görə ki,əgər əvvəlcə dollarla götürdüyü kreditin hər manatına görə 78 qəpik ödəyirdisə, yeni məzənnə üzrə 1 manat 5 qəpik ödəməlidir.Nəticədə 10 min manat kredit götürən şəxs durduğu yerdə əlavə olaraq hələ faizləri demirəm, təkcə əsas borca görə 2700 manat əlavə xərcə düşəcək. Alınan kreditin məbləği artıqca, həmin məbləğə müvafiq olaraq əlavə ödəniş
də çoxalır. Əgər banklar uduzsa, burda da banklarda olan resursların yarıya qədəri vətandaşların ora yerləşdirdiyi əmanətlər olduğundan, indi də əhalinin həmin təbəqəsi zərbə alacaq. Deməli hər iki tərəfdə əsas ziyan əhaliyə dəyir.Banklar bu itgilərə dözməyib iflasa uğrasa, onda iqtisadiyyatımız da iflic vəziyyətinə düşə bilər.Ona görə də burda mütləq üçüncü tərəf, yəni dövlət də iştirak eləməlidir ki, tərəflərin heç biri ağırlığı 100 faiz öz üzərində hiss eləməsin.
Bununla bağlı hüquqşünaslar, iqtisadçılar və digər peş sahibləri və praktiklər tərəfindən bir sıra təkliflər irəli sürülüb:
1.Həmin təkliflərdən biri problemin həllinin ağırlığının əhali və banklar orasında 50/50 faiz nisbətində bölüşdürülməsidir.
2. Maraqlı təkliflərdən biri faiz dərəcələrini aşağı salınmasıdır.Məsələn, əgər müştəri 28 faizlə 1000 manat kredit alıbsa, bundan sonra borcunu 28 faizlə yox,15-18 faiz arasında bir dərəcə ilə ödəsin.
3.Dollarla kredit götürənlər üçün başqa bir variant isə kreditin ödənişində ortaq məzənnənin tətbiqidir. Yəni dolların artan məzənnəsinin ödənişi burda bankla vətəndaş arasında yarı bölünür.Yəni dollarla götürülən kredit orta məzənnə ilə, 1 dollar=78 qəpiklə- 1dolar= 1 manat 5 qəpik arasında olan bir rəqəmlə, məsələn,1dolar = 90 qəpik nisbəti ilə ödəsin.
4.Kreditin odəniş müddəti uzadılsın.
5.Məbləğı 30 min manatadək olub, rəsmən sığortalanmış bank əmanətlərinə fors major qaydası da tətbiq etmək olar.
6.İstehlak kreditlərinə bir, digər kreditlərə başqa yanşma etmək olar.
7. Banklara müxtəlif güzəştlər, o cümlədən vergi güzəştləri,əlavə resurs ayırmaları və sair tətbiq etmək olar
Bu dilemmanın çözülməsində Mərkəzi Bankın qeyri-müəyyənlik sərgiləməsi vəziyyəti daha da gərginləşdirir.Əslində dövlətin iqtisadi siyasətinin tərkib hissəsi kimi həyata keçirilən devalvasiya zamanı iqtisadiyyatda yaranan fors-major hala görə məsuliyyət bütövlükdə vətəndaşın üzərinə atılmamalıdır.Prosesin yaratdığı mənfi meylləri neytrallaşdırmaqdan ötrü dövlət əlavə tədbirlər görməlidir.Ona görə də fikrimizcə, bu məsələ hökumətin iştirakı ilə daha optimal variantda həll oluna bilər.İlk növbədə kreditlərin ödənilmsinə məsələsinə aydınlıq gətirilənədək möhlət verilsin.Sonra hökumətin müvafiq strukturları, Mərkəzi Bank və kommersiya bankları məsləhətləşmə aparsın və həmin məsləhətləşmənin nəticəsi əsasında bir razılaşma sənədi imzalansın.çıxarılan qərar isə elə olmalıdır ki, heç bir tərəf bu problemin altında tək qalmasın.Bu isə o halda mümkün ola bilər ki, yaranmış dilemmadan az itgi ilə çıxmaqdan ötrü ağırlığın bir hissəsini Mərkəzi Bank və Hökumət öz üzərinə götürsün ki, heç bir tərəf bu problemin altında qalıb əzilməsin.