XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

22 İyul 2016 - 12:23

“Bəzi jurnalistlər “informasiya eyş-işrəti” ilə məşğul olurlar, bundan utanmırsınız?” –Mariya Zaxarova

zaxarova 12345

Rusiyanın Xaric İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova erməni jurnalistləri sərt tənqid edib.

O, bu barədə fikirlərini “Facebook” səhifəsində yazıb. 

XİN rəsmisi erməni jurnalistlərin mövqeyini anlamadığını qeyd edib: “Siz münaqişəni həll etmək, yoxsa öz zövqünüzə uyğun xəbərlər uydurmaqla durumu pisləşdirmək istəyirsiniz?”.

Zaxarova Azərbaycandan olan bəzi jurnalistlərdən də şikayətini gizlətməyib.

“Bəzi jurnalistlər brifinqdə Azərbaycan, Ermənistan və Türkiyə ilə bağlı elə sual verdi ki, bu, sualdan çox siyasi manifestə bənzədi. Həmin jurnalistin monoloqunu kəsmək məcburiyyətində qaldım. Daha sonra digər jurnalistlər guya Moskvanın başqa ölkələri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə qoşmaq barədə istəyinin olması barədə cavabdan sensasiya formalaşdırmağa çalışdı”, – deyə, Zaxarova bildirib. 

O, statusunda qeyd edib: “Bəzi jurnalistlər “informasiya eyş-işrəti” ilə məşğul olurlar. Utanmırsınız? Münaqişənin həllində irəliləyişə nail olmaq imkanı olduğu vaxtda belə məlumatlar yayırsınız. Xəbərlər uydurmaqla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair dezinformasiya yaymaq və sabitliyi pozmaq istəyənlər üçün bir daha bildirirəm ki, Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupu var. Bu arada heç kim istənilən ölkənin öz daxili və xarici siyasətinin aspektlərini müəyyənləşdirən ikitərəfli danışıqların həyata keçirməsini ləğv etməyib”. 

M.Zaxarova, insanları təxribatlara uymamağa çağırıb. 

Azvision.az