Münhendə silahlı insident nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Münhen polisinin nümayəndəsi bildirib.
Qeyd edək ki, iyulun 22-də Münhendə “Olimpia” ticarət mərkəzində naməlum silahlılar atəş açaraq 9 nəfəri öldürüb. Şəhərdə fövqəladə vəziyyət elan edilib.
Polis hadisə yerindən qaçan silahlıların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.