XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2015 - 11:50

“O xəbəri eşidəndə şoka düşdüm”- Deputatdan etiraz

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Böyük Britaniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi Bob Bləkmən qondarma Dağlıq Qarabağ Respublikası “prezidenti” Bako Saakyanın Londona gözlənilən səfərini pisləyib.

Millət vəkili Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavabında “Chatham House” – Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçiriləcək tədbirdə B.Saakyanın nitq söyləmək üçün Londona dəvət olunması ilə əlaqədar institutun direktoru Robin Nibletə etiraz məktuba ilə müraciət etdiyini deyib.

Etiraz məktubunda deyilir:

“Hələ ötən həftə mən Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş kitab təqdimatında iştirak etmək nəsib oldu. Bunun fonunda separatçı Dağlıq Qarabağ rejiminin dırnaqarası prezidenti Bako Saakyanın “Chatham House” da nitq söyləməsi üçün dəvət olunması xəbərini eşidəndə şoka düşdüm. Böyük Britaniya höküməti Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi tanımır. Bununla belə, hökümət Saakyanın Böyük Britaniyaya səfərinin qarşısını ala bilmir. çünki bu, qeyri-rəsmi özəl səfərdir. Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun katibi olaraq, “Chatham House” kimi nüfuzlu bir instituta belə bir arzuolunmaz şəxsin dəvət olunması məni kədərləndirir və bu tədbirin təxirə salınması üçün Sizə müraciət edirəm”(Qafqazinfo).