XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2016 - 21:27

Milli Məclisin səlahiyyət müddəti azaldılır? –Dəyişiklik gündəmə gətirildi

meclis02

Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər.

Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclasında Referendum Aktı layihəsində təklif edilən 981-ci maddəyə yuxarıdakı məzmunda II hissənin əlavə olunması məqsədəuyğun sayılıb(APA).

Qeyd edək ki, bu gün “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclası keçirilib. Xüsusi iclasda Konstitusiya Məhkəməsinin Plenumu Referendum Aktı layihəsinə rəy verib.