XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

26 İyul 2016 - 11:07

“Ermənistanla barışıq prosesinə başlamaq müzakirə olunub” –Çavuşoğlu təsdiqlədi

Çavuşoğlu 352 !!

Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən əvvəl Ermənistanla münasibətlərin normallaşması prosesinə yenidən başlamaq imkanları Bakıda müzakirə olunub.

Bu haqda Türkiyənin xarici işlər naziri Movlut Çavuşoğlu “Haberturk” kanalına müsahibəsində deyib.

Türkiyə xarici işlər nazirinin iyunda Bakıya səfəri zamanı Ermənistanla normallaşma prosesinə yenidən başlamaq imkanlarını araşdırdığı haqda bir gün əvvəl “Hurriyet” qəzeti yazmışdı.

Xarici işlər naziri deyib ki, bu məsələ ilə bağlı Ermənistanla birbaşa müzakirələr olmayıb, ancaq müxtəlif beynəlxalq forumlar zamanı o, erməni həmkarı ilə danışıb. XİN rəhbərinin bildirdiyinə görə, Ankara Qarabağ məsələsində Azərbaycanın tərəfində çıxış edir və Bakının təklif etdiyi bütün həll variantlarını müdafiə edəcək. 

Virtualaz.org