XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 16:05

Şirvandakı hərbi zavodda partlayış –Yaralılar var - (VİDEO,FOTOLAR)

Şirvan 12309

Şirvan şəhərində yerləşən Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub.

Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 

Xatırladaq ki, ötən il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi.

Partlayış baş verən hər iki zavod hərbi təyinatlıdır (musavat.com).

"Report”un xəbərinə görə, hadisə nəticəsində ölən və yaralananlar var.

***

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib.

Bu barədə “Report”un bölgə müxbirinə xəstəxanadan məlumat verilib.

***

17.00-a olan məlumata görə, 10 yaralı Şirvanda təcili yardımla xəstəxanaya yerləşdirilib. Onlardan vəziyyətinin ağır olduğu deyilənlər də var…