XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 18:20

Nazirlik silah zavodundakı partlayışla bağlı rəsmi məlumat yaydı:Ölən yoxdur!

partlayis-sirvan

Müdafiə Sənayesi Nazirliyi Şirvandakı partlayışla bağlı rəsmi açıqlama yayıb.

Məlumatda deyilir ki, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz”  zavodunda hadisə baş verib: "Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül formada xəsarət alan var. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər. Fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır".

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb və hal-hazırda hadisə yerindədir.

Hadisənin baş vermə səbəbləri ilə bağlı  məlumatlar araşdırmalardan sonra veriləcək.