Azərbaycan Dövlət Neft Fondu bir həftə öncə çin yuanına investisiya qoyub. 2015-ci il iyulun 1-dən ümumi məbləği 3 mlrd. yuan ($483 mln.) olmaqla ilk investisiya qoyuluşuna başlanılıb.
ARDNF yuanı, onun öz valyuta səbətinin genişlənməsində və diversifikasiyasında rolunu təkrar qiymətləndirib. 3 milyard yuana qədər investisiya üçün çin Mərkəzi Bankından (çMB) lisenziya 2014-cü ildə alınıb və çMB ilə müvafiq müqavilələr imzalanıb.
Dövlət Neft Fondu iyunun 12-də çin Fond Bazarında indekslər yeddi illik maksimuma çatdıqdan sonra yuana sərmayə qoymağa başlayıb. Son ildə bazar 150% artıb.
Lakin bundan dərhal sonra bu Fond Bazarı görünməmiş tənəzzül fazasına qədəm qoyub. Son üç həftə ərzində indekslər 30% enib (çin şirkətləri demək olar ki, $3 trln. kapitallaşma itiriblər).
Qəribədir ki, baş verənlər ARDNF-nin planlarını dayandırmayıb. ARDNF tərəfindən sonrakı mərhələdə də çinin Fond Bazarına investisiya qoyuluşu nəzərdə tutulur. Bu məqsədlə ARDNF “Səlahiyyətli xarici institusional investor” lisenziyasını almağı planlaşdırır. Bu lisenziyanı çin Qiymətli Kağızlar Bazarının Tənzimlənməsi Komissiyası verir. Bu barədə ARDNF iyulun 2-də Fond Bazarının tənəzzülünün gərgin vaxtında rəsmən bəyan edib.
çin hakimiyyəti vəziyyətin sabitləşməsi üçün fövqəladə tədbirlər görməyə başlayıb. Rusiyanın “Vedomosti” qəzeti bildirir ki, broker şirkətlərinə likvidlik verilib. 4 trln. yuanlıq İPO ($645 mlrd.) dayandırılıb. 120 mlrd. yuan həcmində ($19 mlrd.) stabil fondun yaradıldığı bildirilib. Qısa sabitlikdən sonra bazar ertəsi axşam bazar yenidən düşüb: əsas SCİ indeksi daha 3,2% enib.
“Stratfor”un hesabatında deyilir: “Baş verənlərin səbəbləri çin iqtisadiyyatındakı ziddiyyətləri əks etdirir. çin hakimiyyətinin iqtisadi siyasətinin əsasını daxili tələbatın stimullaşdırılması təşkil edir. çinliləri əmanət yığmağa yox, xərcləməyə məcbur edirlər və bununla da iqtisadi artıma zəmin yaradırlar. Sərmayə qoyuluşu imkanları daşınmaz əmlak və səhmlərlə məhdudaşdırılıb”.
Forex bildirir ki, Crescat Capital Fondu (Denver, ABŞ) ABŞ dollarına qarşı fəal surətdə çin yuanını satır. çünki Crescat Capital Fondu gözləyir ki, il ərzində çin Xalq Bankı öz milli valyutasının məzənnəsinin dollara bağlılığından imtina edəcək,
“Hesab edirik ki, yuan həddindən artıq qiymətləndirilib”, – deyə Crescat Capital-ın baş direktoru və təsisçisi Kevin Smit bildirib.
contact.az