İrəvanda polis binasını ələ keçirən silahlı qrupa dəstək mitinqi başa çatıb.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, etiraz aksiyaları sabah davam edəcək.
“Hazırda vəziyyət sakitdir, insanlar evlərinə dağılışırlar. Sabah, saat 20:00 Azadlıq meydanında aksiyamızı davam etdirəcəyik”, – deyə fəallardan biri bildirib.
Xatırladaq ki, nümayiş iştirakçıları həbs olunanların azadlığa buraxılmasını və prezident Serj Sarkisyanın istefasını tələb edirlər.