XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2015 - 19:38

İranlı deputat: “Suriyanın türk əsgərlərinə məzar olmasını istəmirik”

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpur Türkiyənin Suriyada “buffer zona” meydana gətirməsinə sərt reaksiya göstərərək, “Suriyanın türk əsgərlərinə məzar olmasını istəmirik”- deyib.

İran parlamentinə bağlı xəbər agentliyi “ICANA”-ya açıqlama verən Həqiqətpur “Türk ordusunun Suriyaya girməsi və burada yaradacağı “buffer zona” yeni Osmanlı nəzəriyyəçilərinin edəcəyi ən böyük bir yalnışlıq olar” iddiasını irəli sürub. Ankaranın Suriyaya edəcəyi hərbi müdaxiləni “dəli bir qərar” kimi xarakterizə edən deputat türk əsgərlərinin buna qarşı çıxacağına inanır.

IŞİD-in öz xəritələrində Türkiyəni də xəyali “xilafət”in bir hissəsi kimi göstərdiyini deyən Həqiqətpura görə, Ankara, təşkilatın Türkiyəyə qarşı savaşmayacağını zənn edirsə, böyük bir xətaya düşür: “İŞİD-in Türkiyədə intihar hücumları həyata keçirmək ehtimalı var və bu, çox narahatedicidir. Sərhədlərinin ardında yanan atəş Türkiyəni də yandıra bilər “.