“Bu axmaqlığın hər iki tərəfdən olan təşkilatçılarından xahiş edirəm ki, oyansınlar”.
Strateq.az Axar.az xəbər verir ki, bu sözləri gürcü politoloq Quram Marxuliya dünən “Qəbələ”-“Dinamo Tbilisi” oyununda yaşanmış insidentlə bağlı Feysbuk hesabındakı açıqlamasında yazıb.
Marxuliya qeyd edib ki, gürcülər və azərbaycanlılar İrəvanla Moskvanın oyununa düşməməlidir:
“Bu futbol maçtlarında hər şey edildi ki, bizim bir yerdə mehriban və sülh şəraitində yaşaya bilməməyimiz görüntülənsin və “İvan”ın gəlişi üçün yeni əsas yaradılsın. Belə ki, bu gün bayraqlar, sabah isə, Allah eləməsin, silahlar olacaq. Bu axmaqlığın hər iki tərəfdən olan təşkilatçılarından xahiş edirəm ki, oyansınlar. Yoxsa bizim hamımız yenidən xalqların “rus ailəsi”ndə olacağıq. Zamanında bizim müdrikliyimiz olmamışdı, amma indi səhv buraxmağa haqqımız yoxdur. Təklif edirəm ki, bu planlaşdırılmış provokasiyaların araşdırılması üçün birgə komissiya yaradılsın ki, gələcəkdə bu cür səhvləri buraxmayaq. Bizim xalqlar balaca uşaq deyillər ki, İrəvan və Moskvanın geosiyasi oyunlarına təslim olsunlar”.