XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

11 İyul 2015 - 11:51

Barak Obama İlham Əliyevə Ramazan təbriki göndərdi – MƏTN

ilham obama.jpg

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Ramazan bayramı münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Obamanın məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Ramazan bayramını qeyd etdiyiniz bir vaxtda Mişel ilə mənim Sizə və xalqınıza yetirdiyimiz ən xoş arzulara Amerika xalqı da qoşulur. Ramazan ayı ərzində bütün dünya müsəlmanları, o cümlədən güclü və fəal Amerika müsəlman icması mənəvi yenilənmə və ibadətlə Allaha daha yaxın olmağa can atıblar. Ramazan ayında əziz insanlarla bir yerdə olmaq, ehtiyacı olanlara yardım əli uzatmaq, habelə imanla gələn kamillik və əmin-amanlıq barədə düşünmək imkanı olub. Bu, həmçinin oruc və duaların bölüşdüyümüz dəyərləri və insanlığımızı bizə xatırlatdığı bir ay olub. Qoy, qarşıdan gələn il Sizə sevinc, inkişaf və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!”. (APA)