XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

01 Avqust 2016 - 15:30

İŞİD Rusiya prezidentini hədələdi:“Ey Putin, sənin evinə gəlirik...”

isid putin

İŞİD terror qruplaşması yaydığı yeni videoçarxda öz tərəfdarlarını Rusiyada terror aktları törətməyə dəvət edib.

Strateq.az bildirir ki, İŞİD 9 dəqiqəlik olan bu videoçarxı  telegram hesabı ilə paylaşıb.

Videoçarxda bir qrup silahlı şəxsin düzənlik ərazidə bir avtomobilə və bir neçə çadıra hücum etdiyi təsvir olunur. Videoçarxın sonunda isə üzünü bağlamış  bir şəxs İŞİD-in tərəfdarlarını Rusiyada terror aktları törətməyə çağırır və Rusiya prezidenti Vladimir Putini təhdid edir.

"Putin, qulaq as! Biz Rusiyaya gələcəyik və səni evində öldürəcəyik… Ey qardaşlar, cihad edin! Onlarla döyüşün və onları öldürün!" – deyə, üzü niqablı şəxs deyir. 

Xatırladaq ki, Rusiya Suriya dövlətinin istəyi əsasında İŞİD əleyhinə hava hücumlarına başlayıb. İŞİD terror qruplaşmasına qoşulan terrorçuların öz ölkələrinə qayıtmaları təhlükəsi Rusiyanı Suriyada İŞİD əleyhinə mübarizəyə qoşulmağa vadar edən səbəblərdən sayılır.

Putin 2015-ci ilin oktyabrında bildirmişdi ki, Rusiyadan 5-7 min nəfər İŞİD-ə qoşulub.