XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 August 2016 - 10:54

İran İslam Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Ruhani 9

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani avqustun 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.