XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

15 İyul 2015 - 08:36

Vaşinqton Azərbaycana dair siyasətini açıqladı: “Bakını səbirsizliklə gözləyirik”

ilham obama.jpg

İyulun 14-də Azərbaycan Müdafiə Nazirliyi Pentaqon və NATO ilə hərbi əməkdaşlığı davam etdirməyə, hərbi qurumlar arasında etibarın tam bərpa olunmasına hazır olduğunu bəyan edib.

“Amerikanın səsi” ABŞ-ın Azərbaycandakı səfirliyinə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri barədə sorğu ilə müraciət edib.

ABŞ-ın Azərbaycandakı səfirliyi sorğuya aşağıdakı cavabı verib:

“Birləşmiş Ştatların Azərbaycanla hərbi məsələlər də daxil olmaqla uzunmüddətli əməkdaşlığa hazırlığı dəyişməzdir. Azərbaycan müstəqillik qazandıqdan sonra biz hərbi peşəkarlığın artırılması, terrorizmə və narkotiklərin yayılmasına qarşı mübarizə və hətta ingilis dilinin tədrisi də daxil olmaqla müxtəlif sahələrdə hərbi proqramlar və təlimlər təşkil etmişik. Biz bu əməkdaşlığı və NATO proqramları çərçivəsində gorülən işləri yüksək qiymətləndiririk. Bizim sıx əməkdaşlığımız və Azərbaycana verilən dəstəyimiz bu günə qədər davam edir.

ABŞ-ın Azərbaycana dair siyasəti – birlikdə çalışaraq iki ölkə üçün mümkün olan ən parlaq gələcəyə sahib olmaq öhdəliyinin üzərində qurulub. Bu, həmişəki kimi, güclü bir öhdəlikdir. Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığın davam etdirilməsini və genişləndirilməsini səbirsizliklə gözləyirik”, – səfirlik bildirir.

Cavabda həmçinin bu bəyanatla bağlı daha geniş məlumat əldə etmək üçün Azərbaycan Müdafiə Nazirliyinə müraciət etmək də xatırladılır.