XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 August 2016 - 12:28

“Kommersant”:"Əliyev Sarkisyan görüşünün təşkili müzakirə edilir"

Eliyev-Sarksyan-16

“Hazırda prezidentlər İlham Əliyev və Serj Sarkisyanın görüşünün təşkil olunması məsələsi müzakirə olunur”.

Bu barədə “Kommersant” qəzetinə Rusiyanın dövlət strukturlarındakı mənbə məlumat verib.

“Kommersant” qəzetinin saytında dünən gecə saatlarında Qarabağ münaqişəsinin nizmalanmasına həsr  olunmuş “Xeyirin düyünlə mübarizəsi” başlıqlı məqalə dərc olunub.

Məqalədə Rusiyanın dövlət strukturlarındakı mənbəyə istinadla qeyd olunur ki, sərt açıqlamalara baxmayaraq, Azərbaycan və Ermənistan arasında nisbi atəşkəs əldə olunub: “Yalnız belə şərtlərdə, vasitəçilərin və beynəlxalq təşkilatların köməyi ilə bu düyünü açmaq mümkün olacaq. Amma aydındır ki, bu, tezliklə baş verməyəcək”.

Mənbə əlavə edib ki, “Hazırda prezidentlər İlham Əliyev və Serj Sarkisyanın görüşünün təşkil olunması məsələsi müzakirə olunur”.

“Kommersant”ın mənbəsi istisna etməyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü 20 apreldəki Sankt-Peterburq görüşü formatında, prezident Putinin vasitəçiliyi ilə baş tuta bilər.

Strateq.az