XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

12 Avqust 2016 - 01:46

Rus politoloqdan növbəti Qarabağ açıqlaması:"Kompromis “Kazan formulu” əsasında elə bu il əldə oluna bilər"

markov-44

“Dağlıq Qarabağ nizamlanmasına dair son intensiv danışıqların gedişində müvəqqəti tarixi kompromis adlanan irəliləyiş üçün siyasi zəmin formalaşıb və bu prosesdə Türkiyəyə böyük rol ayrılıb”. 

Musavat.com-un məlumatına görə, bu barədə Rusiyadakı Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, prezident  Putinin etibarlı şəxslərindən sayılan Sergey Markov konfliktlə bağlı son danışıqlar prosesini “Vestnik Kavkaza” nəşrinə şərh edərkən bildirib.

Onun sözlərinə görə, belə bir kompromis artıq bu il əldə oluna bilər: “Böyük ehtimalla da bu, hələ 2011-ci ildə hazırlanmış, lakin işə düşməmiş “Kazan formulu” əsasında baş tutacaq. Həmin formula əsasən, mübadilə baş verir: bir tərəfdən Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana verir – bu rayonlar 7-dir. Başqa yandan Ermənistan öz ərazisindən keçən tranzit xətlərinə zəmanət alır, həmçinin Ermənistanın və Dağlıq Qarabağın de-blokadasını alır. Üçüncü yandan isə həmin rayonların hərbsizləşdirilməsini alır”.

“Bu danışıqlar Rusiya tərəfdən ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, intensiv şəkildə aparılır. İki digər həmsədr dövlət – ABŞ və Fransa isə öz daxili problemləri ilə bağlı passiv mövqe tutur. Bu dəqiqə onlar Qarabağ hayında deyillər. Türkiyə bu aktiv prosesə cəlb olunmayıb, ancaq anlaşma əldə olunacağı təqdirdə, onun iştirakı tələb olunacaq. Çünki söhbət Ermənistanın təkcə Azərbaycan tərəfdən deyil, Türkiyə tərəfdən də blokadasının götürülməsindən gedir” – ekspert qeyd edib.

Onun fikrincə, məhz bu səbəbdən Türkiyə maraqları əldə ediləcək anlaşma çərçivəsində müəyyən mənada nəzərə alınmalıdır.

“Məlumdur ki, İrəvana münasibətdə Ankaranın özünün kompleks münasibətləri, həm də kifayət qədər qəliz münasibətləri var. Odur ki, hansısa mərhələdə Türkiyə mütləq şəkildə kompromis əldə olunmasına cəlb olunmalıdır – o kompromis ki, təkrar edirəm, böyük ehtimalla, “Kazan formulu” əsasında elə bu il əldə oluna bilər” – politoloq əlavə edib.

 

Musavat.com