XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 August 2016 - 05:29

Natiq Cəfərli həbs edildi –Qanunsuz sahibkarlıqda ittiham olunur

natiq-c-1

Avqustun 12-də gecə saat 23 radələrində ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.

Bu barədə Natiq Cəfərli vəkil Cavad Cavadova telefonla məlumat verib.

Vəkil idarəyə yollansa da, ona bildiriblər ki, Natiq Cəfərlini hansısa müvəqqəti saxlama  təcridxanasına aparıblar. 

Məlumata görə, Natiq Cəfərlini Nəsimi Rayon Məhkəməsinə aparıblar və barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Ona qarşı irəli sürülən ittihamlardan biri “qanunsuz sahibkarlıqla məşğul olma”dır.

Xatırladaq ki, iqtisadi-siyasi şərhləri ilə tanınan Natiq Cəfərli hakimiyyətin sərt tənqidçilərindən biridir. O, 2008-ci ildə yaradılmış “Respublikaçı Alternativ” (REAL) hərəkatının həmtəsisçisi və İdarə Heyətinin üzvüdür. Bir müddət əvvələ qədər Natiq Cəfərlinin ölkədən çıxışına qadağa qoyulmuşdu. Həmfikirləri onun prokurorluğa çağrılmasını siyasi fəaliyyəti ilə əlaqələndirirlər. REAL sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı Referendumun əleyhinə təbliğat aparacağını bəyan edib və imzatoplama kampaniyasına başlayıb.

Azadliqradiosu.az