ABŞ xəfiyyəsi Putinin sərvətini niyə axtarıb? – “Times”dən yeni iddia
ABŞ xəfiyyəsi Vladimir Putini hələ Sankt-Peterburqun başçısının müavini olandan izləyib.
Bu barədə “The Times” qəzeti yazıb. Ancaq xüsusi xidmət əməkdaşlarına onun sərvətini müəyyən eləmək müyəssər olmayıb.
Qəzet Konqresdəki mənbəyə istinadən yazır ki, ötən əsrin 90-cı illərində ABŞ hökumətinin “daha vacib işləri” olduğu üçün Amerika xəfiyyəsinin Rusiya məmurları haqda topladığı məlumatlar diqqətdən kənarda qalıb.
Nəşr yazır ki, indiki məqamda Vaşinqtonu Putinin Birləşmiş Ştatlarla əlaqələrə münasibəti daha çox maraqlandırır, nəinki onun sərvəti (Musavat.com).
Onu da qeyd edək ki, az öncə ABŞ xüsusi xidmətlərinin Putini onun dostu, Almaniyanın sabiq kansleri Gerhard Şroder vasitəsilə izləməyə çalışdığı xəbəri də yayılmışdı.