XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 August 2016 - 17:14

Rektor Elmar Qasımov:"Qafqaz Universitetindəki araşdırma mərkəzləri ləğv ediləcək"

elmar-q

"Qafqaz Universitetində bir sıra araşdırma mərkəzləri ləğv edilə bilər".

Bakı Ali Neft Məktəbinin rektoru, Qafqaz Universitetinin müvəqqəti idarəçiliyini həyata keçirən Elmar Qasımov Trend-ə bildirib ki, universitetdə bir sıra araşdırma mərkəzləri var ki, onlar bu ali təhsil müəssisəsinin profilinə uyğun deyil: “Həmin mərkəzlər, ola bilsin ki, ləğv ediləcək”.

E.Qasımov Qafqaz Universitetindən 50-dək türkiyəli müəllimin azad edilməsi məsələsinə də aydınlıq gətirib. O bildirib ki, türkiyəli müəllimlərin universitetlə əmək müqaviləsinin müddəti başa çatıb: “Türkiyəli müəllimlərlə bağlanmış əmək müqaviləsinin vaxtı uzadılmayıb və onlar universitetdən xaric edilib. Artıq Qafqaz Universitetində türkiyəli müəllim qalmayıb. Onların yerinə azərbaycanlı müəllimlər işə götürüləcək və gənc mütəxəssislərə üstünlük veriləcək”.