XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

18 İyul 2015 - 17:13

Ruhanidən Ərdoğana zəng: “Region xalqlarının ümidi İran-Türkiyə həmkarlığına dikilib”

ruhani erdoqan.jpg

İran prezidenti Həsən Ruhani ilə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan arasında telefon danışığı olub.

Strateq.az Səhər TV-yə istinadən bildirir ki, Ruhani telefon söhbətində Ərdoğanı Ramazan bayramı münasibəti ilə təbrik edib. Daha sonra o, İranla “Altılıq” ölkələri arasındakı razılışma barədə fikir mübadiləsi aparıb. “İran zalımcasına tətbiq edilən sanksiyaları arxada qoydu və qəbulediləsi həll yollarına çata bildi”,- deyə Ruhani bildirib.

Ruhani regionun stabilliyinə kömək üçün Tehran -Ankara əməkdaşlığının vacibliyini vurğulayıb: “Regional məsələlərdə region xalqlarının ümidi İran-Türkiyə həmkarlığına dikilib və iki ölkə həmkarlıq yolu ilə regionda uduş-uduş həll yoluna çata bilər. Bununla bağlı, İran ilə Türkiyənin terrorçuluğun kökünün kəsilməsi üzrə anlaşmalarının artırılması zərurət daşıyır və regionda ölkələrin sabitliyini poza biləcək terrorizm məsələsi ilə mübarizə aparılmalıdır”.
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bu telefon söhbətində Türkiyənin regional məsələlərdə əməkdaşlığa hazır olduğunu bəyan edib. Türkiyə prezidenti Tehran-Ankara əlaqələrinin genişlənməsinə də diqqəti çəkib və deyib ki, İran və Türkiyə əlaqələrin genişləndirilməsini izləməli və həmkarlıq yolu ilə onun dərinləşməsinə kömək etməlidirlər.