“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli bu dəqiqələrdə mülkü geyimli şəxslər tərəfindən saxlanılıb.
Bu haqda məlumatı azadliq.info saytı yayıb.
Faiq Əmirlinin hara və nə üçün aparıldığı haqda heç bir məlumat verilmir. Bildirilir ki, Faiq Əmirli saxlanılandan sonra Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin əməkdaşları onun yaşadığı evdə axtarış aparıb.
Xatırladaq ki, Faiq Əmirli uzun müddət həm də AXCP sədri Əli Kərimlinin köməkçisi olub.