Türkiyədə dəhşətli terror aktı: 28 ölü, 100-dən çox yaralı – Video
16:21
Ankarada huriyyet.com saytına danışan təhlükəsizlik qaynaqları sərhədin digər tərəfində də partlayış olduğunu təsdiqləyib. Qaynaq bildirib ki, digər partlayış Kobani rayonunun mərkəzində baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu qeyd edilib.
Kobanidəki partlayışın Suruçdakı partlayışla eyni anda baş verib.
16:09
Türkiyənin baş naziri Əhməd Davudoğlu partlayış barədə məlumatı daxili işlər nazirindən aldığını bildirib. Bu barədə nazirliyin mətbuat mərkəzindən açıqlama verilib.
Açıqlamada bildirilir ki, baş nazirin müavini Numan Kurtulmuş, daxili işlər naziri Səbahəttin öztürk, əmək və sosial müdafiyə naziri Faruk çelik artıq hadisə yertindədirlər.
* * * * *
Türkiyənin Şanlıurfa vilayətində baş verən partlayışda ölü sayı get-gedə artmaqdadır. Bu dəqiqələrə olan məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 28-ə çatıb.
100-dən çox adamın isə yaralandığı bildirilir. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
HDP məclis üzvü Orxan çələbi NTV kanalının canlı yayımına bağlanaraq partlayışla bağlı danışıb. O, partlayışın İŞİD tərəfindən törədildiyini dilə gətirib.
Bölgədəki rəsmi qaynaqlar isə bildirib ki, partlayışı 18 yaşlı gənc kamikadze qadın törədib.
*****
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonundakı Amara Mədəniyyət Mərkəzi qarşısında partlayış baş verib.
Musavat.com-un məlumatına görə, partlayışda, azı, 10 nəfər ölüb və yaralananlar var.
Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları cəlb edilib. Bildirilib ki, mədəniyyət evinin yanındakı çay evinə bombalı hücum təşkil olunub. Hadisənin kamikadze tərəfindən törədildiyi iddia edilir.
Şahidlərdən biri qeyd edib ki, gənclər mətbuata açıqlama verərək Kobaniyə keçəcəkləri şərtləri bildirib: “Foto çəkməyə başlayırdım ki, şiddətli partlayış baş verdi. çəsədlər hər yerə səpələndi. Partlayış o dərəcədə şiddətli idi ki, cəsədlərin altında qaldıq”.
Qeyd edək ki, partlayışın baş verdiyi Suruç rayonu Suriya sərhədində yerləşir.