XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2015 - 06:51

Prezident Mətbuat Şurası üzvləri ilə görüşüb – FOTO
Azərbaycan Mətbuat Şurasının üzvlərinin prezident İlham Əliyevlə görüşü olub.
Strateq.az xəbər verir ki, görüş Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibəti ilə keçirilir. Görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşova prezident tərəfindən orden təqdim olunub. Ə.Amaşov da öz növbəsində prezidenti təltif edib. Bundan başqa, İlham Əliyev Mətbuat Şurasının idarə heyətinin daha üç üzvünü – Vüqar Səfərlini, Azər Həsrəti və Rauf Arifoğlunu şəxsən təltif edib.
Mükafatlandırma mərasimindən sonra prezidentlə jurnalistlər arasındakı görüş başa çatıb. Bu barədə Rauf Arifoğlu öz “Facebook” profilində məlumat verib.
Görüşdən hazırlanmış geniş reportaj və çəkilmiş şəkillər axşam saatlarında yayılacaq.