XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

14 Mart 2015 - 21:58

Hadı Rəcəblinin mandatının ləğvi üçün imza kampaniyasına başlanıb

İnternetdə Milli Məclisin deputatı, sosial siyasət Komitəsinin sədri Hadi Rəcəblinin deputat mandatından məhrum olunması üçün imzatoplama kampaniyasına başlanıb.

“Strateq.az”ın verdiyi məlumata görə, “secure.avaaz.org saytında yerləşdirlimiş imza kampaniyasının təşəbbüskarları bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər. Müraciətdə deputat Hadı Rəcəblinin “Trend” İA-ə verdiyi son müsahibəsində müəllimlər barədə söylədikləri pislənib: “Deputat deyir ki, əgər müəllimi 150-200 manat maaş qane etmirsə, qoy gedib tikintidə çalışsın. Əgər xalqın maraqarını “qoruyan” bu deputat fikirləşirsə ki, ailəsini dolandırmaq üçün müəllim fəhlə işləməlidir, o zaman hansı yüksək təhsildən danışmaq olar? Müəllimlərin əmək haqlarının artırılması təklifi verməkdənsə, bu deputat təhsil işçilərinə dərsdən sonra fəhləlik etməyi təklif edir. Biz buna etriaz edir və deputat Hadi Rəcəbli barədə ölçü götürülməsini xahiş edirik”, – deyə müraciətdə bildirlir. Artıq bu məlumat verilən vaxtadək, müraciətə 700 nəfərə yaxın şəxs səs vermişdi…

Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda deputatın geri çağırlması barədə müddəa yoxdur. Həmin qanunun 12-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır. Deputatın toxunulmazlığına Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddələrində nəzərdə tutulmuş hallarda və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir.

Kampaniyanın gedişini buradan izləyə bilərsiniz:

https://secure.avaaz.org/ru/petition/Prezidentu_Azerbadzhanskoy_Respubliki_Ilhamu_Alievu_Lishit_deputatskogo_mandata_Gady_Radzhabli/?dVHFjjb&pv=7

Strateq.az