XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2016 - 15:34

“Türkiyə ordusunun xüsusi təyinatlıları şimal və qərbdən Cerablusa daxil olub” –Rəsmi açıqlama

Turkish tanks

Türkiyə ordusunun xüsusi təyinatlıları şimal və qərbdən Cerablusa daxil olub və şəhərə nəzarəti bərpa etməyə çalışırlar.

Bunu yerli administrasiyanın nümayəndəsi Səbri Osman “Əl Məyadin” kanalına verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, İŞİD terrorçularının əsas hissəsi türklərin hücumundan qabaq şəhəri tərk edib:

“Şəhərdə az sayda terrorçu qalıb, onlar da geri çəkilir. Digərləri isə ailələri ilə birlikdə gedib”. 

Osman bildirib ki, Türkiyə aviasiya və artilleriyasının zərbələri nəticəsində yerli sakinlər arasında həlak olanlar var: “Yaralılara təcili tibbi yardım lazımdır”.

CNN Türk kanalında canlı yayıma bağlanan Cerablus sakini də Türkiyənin hücumundan sonra İŞİD terrorçularının bölgədən qaçdıqlarını bildirib. 

Şəhər sakininin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16-ların Cerablusda əməliyyata başlamasından qorxuya düşən İŞİD-çilər ərazini tərk etməyə başlayıb(Axar.az).

Qeyd edək ki, Türkiyə aviasiyasının hava zərbələrindən sonra saat 11:00-da türk ordusuna aid tanklar sərhədi keçərək, Cerablusa doğru irəliləyib. Tankların hücumundan 20 dəqiqə sonra bölgədən tüstü qalxıb.