XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 21:05

Cerablus İŞİD-dən tam təmizləndi, ASO-nun 1 üzvü həlak oldu –Türk ordusundan möhtəşəm əməliyyat 

Cerablus

Türkiyə ordusunun Suriyanın Cerablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üzrə hərbi əməliyyatlar uğurla davam edir.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Cerablsun ətraf kəndləri ilə yanaşı, mərkəzi də artıq İŞİD-dən tam təmizlənib:

"Hazırda ana ordu şəhərin ətrafında mövqe tutub. Kəşfiyyat qrupları kiçik hissələrə bölünərək, şəhərin mərkəzində İŞİD-çilərin "bombalı tələ"lər qurub-qurmadıqlarını nəzərdən keçirirlər".

Məlumatda o da qeyd olunur ki, hücum zamanı türk ordusu heç bir itki verməyib: "Ancaq əməliyyatda türk ordusu ilə birgə hərəkət edən Azad Suriya Ordusunun (ASO) 1 üzvü həlak olub".