XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 23:27

“Türkiyə ABŞ-dan uzaqlaşmaqda davam edəcək” –Politoloq

erdoğan 44

Xəbər verdiyimiz kimi, ABŞ-ın vitse-prezidenti Cozef Bayden bu gün Türkiyəyə rəsmi səfər edib. O, baş nazir Binəli Yıldırım və prezident Ərdoğanla görüşlərində yeni mesajlar verib.

Strateq.az xəbər verir ki, bu və ya digər məqamlarla bağlı açıqlama verən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Baydenin bugünkü səfərindəki açıqlamaları onda müəyyən qənaət yaradıb:

"İlk gəldiyim qənaət budur ki, Vaşinqton Ankara ilə münasibətlərdə “soyuq müharibə” illərində ilişib qalıb. Bunu Baydenin “Türkiyənin Amerikadan yaxın dostu yoxdur” sözləri də xəbər verir.

Bəli, İkinci Dünya Müharibəsindən sonra Türkiyənin SSRİ-dən, daha doğrusu diktator Stalindən qorunmasına ehtiyac var idi, çünki bığlı diktator gözünü isti sulara, Bosfor və Dardanel boğazlarına dikmişdi. Belə bir məqamda Vaşinqton Türkiyəni SSRİ-dən qorudu, Amerika qardaş dövləti öz təhlükəsizlik çəmbəri altına aldı.

Ancaq soyuq müharibənin bitməsindən 25 il keçib, dünya ikiqütbü deyil və Türkiyənin olmayan SSRİ-dən qorunmaq üçün mütləq mənada ABŞ-ın hərbi və siyasi dəstəyinə ehtiyacı yoxdur. Əksinə, Ankara Vaşinqtondan anlayış gözləyir, strateji müttəfiqliyə sadiq qalmasını, FETÖ liderinin Amerikadan qovulmasını, ən azı indiki mərhələdə nəzarət altına alınmasını, Suriyada PKK-nın qanadı olan silahlı kürdlərə dəstək verməməsini istəyir. Ancaq Bayden Ankaranın gözləntiləri ilə bağlı konkret vəd vermədi, mücərrəd açıqlamalar səsləndirdi. Fikrimcə, bu mərhələdə Ankaranın Bayden və ya ABŞ prezidenti Barak Obamadan ciddi gözləntisi qalmayıb".

Ekspert deyir ki, yanvarda Obama Ağ Evi tərk edir, Ankara onun və Baydenin yerinə gələcək simaları gözləmək məcburiyyətindədir:

Elxan Şahinoğlu

"Ancaq yeni prezident də Ağ Evə yiyələnən kimi, FETÖ liderini Pensilvaniyadakı rahat mülkündən Ankarada və ya Türkiyənin digər şəhərindəki ciddi rejimli həbsxanaya göndərən deyil. Belə olan halda, Türkiyə ABŞ-dan uzaqlaşmaqda davam edəcək. Bu gedişatın hansı dövlətin işinə yarayacağı bəllidir: Bu, Rusiyadır. Söhbət vaxtilə ABŞ-ın Türkiyəni qoruduğu SSRİ varisi olan dövlətdən gedir. Həqiqətən “soyuq müharibə”dən əsər-əlamət qalmayıb, dövran və regional şərtlər dəyişib və Ankara dəyişən bu şərtlər daxilində yaxın və uzaq qonşularla münasibətlərinə yenidən baxır".