XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

29 Avqust 2016 - 18:54

Elmar MəmmədyarovGürcüstanın baş naziri ilə görüşüb

Gürcüstan

Gürcüstanda rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Xarici İşlər nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Cənub Qaz Dəhlizinin mühüm strateji xarakter daşıdığı qeyd olunub, bu istiqamətdə həyata keçirilən regional layihələrin əhəmiyyəti, eləcə də tərəflər arasında mövcud olan fəal əməkdaşlıq xüsusi vurğulanıb.

G. Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yol xəttinin Gürcüstan hissəsinin inşasının gedişatı barədə məlumat verərək, layihənin vaxtında başa çatdırılacağına ümidvar olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov  Gürcüstan arasında əlaqələrin strateji xarakter daşıdığını və bu münasibətlərin yüksələn xətt üzrə getdiyini qeyd ediv.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bu xüsusda Hökumətlərarası birgə komissiyanın fəaliyyətinin intensivləşdirilməsi məsələsi müzakirə edilib.

Birgə mühüm infrastruktur layihələrinin həyata keçirilməsi və qarşılıqlı sərmayələrin qoyulmasının vacibliyi qeyd olunan görüşdə, SOCAR-ın Gürcüstandakı uğurlu fəaliyyəti və gördüyü işlər təqdir edilib.