XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

30 Avqust 2016 - 00:01

Özbəkistan prezidentinin artıq vəfat etdiyi xəbəri yayıldı –Rəsmi qurumlarsa xəbəri təkzib edir

islam-karimov-1

Özbəkistan Prezidenti İslam Kərimov bu dəqiqələrdə dünyasını dəyişib.

Bu haqda məlumatı "Ferqana Nyus" yayıb.

76 yaşlı prezident Olimpiya çempionlarının şərəfinə keçirilən tədbirdə huşunu itirib xəstəxanaya yerləşdirilmişdi.

Son saatlarda qızı onun insult keçirdiyini və vəziyyətinin gərginləşməsi ilə əlaqədar reanimasiya şöbəsinə yerləşdirildiyi haqda məlumat vermişdi.

Dünyanın müxtəlif ölkələrindən gətirilən həkimlərin səylərinə baxmayaraq, İslam Kərimov dünyasını dəyişib.

***

Özbəkistan Prezidenti İsam Kərimovun dünyasını dəyişdiyi barədə yayılan xəbəri Qazeta.ru-ya Orta Asiya üzrə ekspert Arkadi Dubnov təsdiqləyib.

Dubnovun Özbəkistandakı mənbələri ilə əlaqə saxladığı və prezidentin ölümünün təsdiqləndiyi bildirilir.

Özbəkistan Prezident Aparatından Ria Novosti-yə verilən açıqlamada isə hazırda xəstəxanada olan İslam Kərimovun vəziyyətinin stabil olduğu bildirilib, ölüm xəbəri təkzib edilib. 

Axar.az