XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

24 İyul 2015 - 06:11

Prezidentin işdən çıxardığı Samir Cəfərov kimdir?

Xəbər verildiyi kimi, ötən gün prezident İlham Əliyev “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin sədrini tutduğu vəzifədən azad edib.

Prezidentin sərəncamına əsasən, Samir Dönməz oğlu Cəfərov “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin sədri postundan çıxarılıb.

S.Cəfərov bu vəzifəyə 2014-cü ilin fevral ayında təyin olunmuşdu. Göründüyü kimi, o, postunda heç də uzun müddət qala bilmədi.

Bəs Samir Cəfərov kimdir?

Strateq.az AzVision.az-a istinadən bildirir ki, Samir Cəfərov 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. Türkiyənin Uludağ və Hacettepe universitetlərində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, magistr və doktorluq dərəcələri alıb.

Moskva Dövlət Universitetində elmi işlə məşğul olub. O,Türkiyədə metal emalı üzrə fəaliyyət göstərən şirkətdə məsul vəzifələrdə çalışıb, bir sıra ölkələrdə metallurgiya sahəsində şirkətlər qurub, sahibkarlıqla məşğul olub.

Rus, ingilis, ispan və türk dillərini sərbəst bilir. Müxtəlif dillərdə beynəlxalq münasibətlər sahəsində kitab və nəşrlərin müəllifidir.

2008-ci ildən 2014-cü ilədək Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin rəhbəri olub.