XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2016 - 22:21

TSK-dan yeni açıqlama:"Bir tankımız vuruldu, 3 yaralımız var, qaçan terroristlər məhv edildi"

tankkk

Türkiyə Silahlı Qüvvələri (TSK) Suriyada həyata keçirdiklləri "Fırat qalxanı" əməliyyatı ilə bağlı az əvvəl açıqlama yayıb.

Strateq.az xəbər verir ki, TSK-nın açıqlamasında bu gün Cerablusun qərbində terroristlərin bir türk tankına raketlə atəş açdığı bildirilib:

"Atəş nəticəsində tanka yüngül zərər dəyib. 3 qəhrəman silah yoldaşımız isə yaralanıb. Yaralılar dərhal xəstəxanaya qaldırılıblar. Səhhətləri yaxşıdır". 

TSK bildirir ki, hadisədən dərhal sonra terroristlərə qarşı şəhərin qərb istiqamətində əməliyyat başlayıb: "Tankımıza raketlə atəş açan, 3 əsgərimizi yaralayan terrorist dəstə isə qaçmaq istəyərkən, birliyimiz tərəfindən məhv edildi".

Strateq.az