XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

24 İyul 2015 - 13:18

Ruhani ilə Ollanddan ortaq qərar – Prezidentlər razılığa gəldi

ruhani-2.jpg

İran prezidenti Həsən Ruhani ilə Fransa prezidenti Fransua Olland arasında sürpriz telefon söhbəti olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, liderlər ölkələri arasındakı münasibətləri gücləndirmək barədə qərar veriblər.

Yelisey sarayından verilən açıqlamada o da bildirilir ki, Fransa xarici işlər naziri Loren Fabius iyulun 29-da İrana səfər edəcək və bu səfər məhz məlum qərarın gerçəkləşdirilməsi istiqamətində ilk addım olacaq. Söhbət zamanı Olland İranın Yaxın Şərqdəki böhranın çözümünə öz töfhəsini verəcəyinə ümid etdiyini deyib.

Liderlər Vyanadakı nüvə danışıqlarının uğurla başa çatmasından məmnunluqlarını da dilə gətiriblər.

Xatırladaq ki, Fabius Vyanada həmkarı Cavad Zərifin onu uzun müddətdir İrana dəvət etdiyini və bu səfərin nəhayət baş tutacağını bildirmişdi.