XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

25 İyul 2015 - 21:55

İŞİD-ə adam göndərən dağıstanlı həbs edildi

İstanbulda İŞİD-lə əlaqədə şübhəli bilinən Dağıstan əsilli Rusiya vətəndaşı Abdulla Abdullayev həbs edilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, A.Abdullayev Avropa və dünyanın bir çox ölkəsindən İŞİD terror təşkilatına qatılmaq üçün Türkiyəyə gələn xarici vətəndaşların İraq və Suriyaya keçirilməsini təşkil edirmiş.

Qeyd edək ki, terrorçularla mübarizə sahəsində Türkiyənin bir çox vilayətində iyulun 24-dən başlayan əməliyyatlar davam edir.

Son məlumatlara əsasən, 5 min polis əməkdaşının cəlb edildiyi əməliyyat zamanı 104 nəfər şübhəli şəxs qismində saxlanılıb.